Ayı və şir`in nağılı

5

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə;
Çeynədilər, dişlədilər, diddilər.
Bir-birini al-qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb ol haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.

Bakı, Altun Kitab, 2009
Mətn – Abbas Səhhət
Redaktor – Rafiq İsmayılov
Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova

Be Sociable, Share!

Comments (5)

gozel weirdi

eladir maraqlidir

salam 123

Aydaa uşaqlığım yadıma düşdü.Indi qızıma oxuyuram bu şeiri

şir və ayı – ermənistan və azərbaycan. Tülkü – Qorbaçov(Rusiya)

Write a comment