Cəsur qarışqa`nın nağılı

2

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Biri vardı, biri yoxdu, bir qarışqa vardı. Yəqin, siz bilmək istəyirsiniz onun adı nədir və onu qırx oğlu və qızları, əziz qoca anası və sevimli arvadı necə səsləyirlər, onun çox adları var və əlbət-tə Kİ, mən onların hamısmı sadalaya bilmərəm.
O qarışqa barəsində ki, mən söhbət açacağam, çox sadə adı var – Qarışqa.
Dan yeri söküləndə, qarışqalar qarışqa təpəciyində sakitcə yatdıqları vaxt qarışqa yatağında uzanıb gör nə barəsində fikirləşirdi: Bizim təpəcikdə 20 ailə yaşayır. Bazar ertəsi Əhmədin ailəli şam ağacının iynələrini gətir mişdilər.
Cümə axşamı isə ailə yuxarı meşədən taxta Kəpəyi gətirdi.
Cümə günü Məmməd meşəyə getməli oldu, çərşənbə axşamı isə Məlik pəncərə üçün iynəcə qanadları tapdı.
Çərşənbə günü isə yağış yağmasma baxmayaraq Aqil üç şam ağacı qırıntısını tapdı.

Heç istəmirəm yatağımdan durum, ancaq deyəsən durmalı olacağam. Bu gün şənbə günüdür və meşəyə getmək bizim növbəmizə düşür.
Qarışqa yatağından durub ailəsini səslədi: – Ay uşaq, hamınız durub çölə çıxm! Bu gün şäm ağacı iynələri üçün meşəyə gedəcəyik.
Bütün günü Qarışqa və ailəsi meşədə işlədi. Adətən, gün batmamış onlar meşədən qayıtmırdılar: Qarışqa altı şam ağacı iynəsi bağlamasını, arvadı isə üç bağlamanı daşıyırdı.
Oğlanları bulaq yaxınlığında üç ağac qırıntısı, qızları isə bir qədər gül pərcusu yığdılar. Kiçik oğlu yarpaq gövdəciyi daşıyırdı, kiçik qızı isə bir qədər bitki tozcuğu tapdı
Uzun yaşıl meşə cığırı ilə zəhmətli iş günündən sonra onlar evə tələsirdilər. Nəhayət, gəlib çatanda, nə görsələr yaxşıdır?
Qarışqa təpəciyi yoxa çıxıb.
– Qəribədir:
– deyə Qarışqa dilləndi:
– Bu bizim meşədəki yerimiz.
– Bu bizim təmizlənmiş sahəmiz.
– Bu da ki,bizim qırmızı lalələrimiz. – Bəs bizim evimiz hanı? Hanı bizim gözəl 20 ailəlik böyük evimiz?
O çox pərişan oldu və çiynindəki iynə bağlaması yerə düşdü.
Arvadı da öz bağlamasını yerə saldı. Oğlanları gətirdikləri ağac qırıntılarını əsə-əsə yerə tökdülər.
Qızları isə çaşdıqlarından yuvarlanıb gətirdikləri gül pərcusunu yerə səpələdilər.
Belə dayanıb nə edəcəKİərini bilmədikləri vaxt onlar uzaqdan ağcaqanad vızıltısı eşitdilər.
Ağcaqanad yaxınlaşıb qarışqanı səslədi: – Ay Qarışqa!

Sən meşədə işləyəndə, oynamaq vaxtı çatmış uşaqların əziyyətlə bu qorxunc böyürtkəni daşıyanda, kiçik qızın gül tozu ilə mübarizə aparanda və sənin yazıq arvadın bu iynə bağlama- sını daşıyanda sənin qarışqa təpəciyin başqa yerə köçüb. Köçən vaxt da ki, sənə heç lazım da bilməyiblər xəbər versinlər.
Əlbəttə ki, ağcaqanad onları aldadırdı. o, əlində bir yazılı vərəq tutmuşdu və bu vərəqin üstündə Qarışqanm yoldaşları hara köçdüklərini yazmışdılar. Onlar bu yazılı vərəqi ağcaqanada verməmişdilər. O, bu yazılı vərəqi ağacın altından oğurlamışdı. Hamı bilir ki, ağcaqanada inanmaq olmaz. O, nəhayət ki, getdi və Qarışqaya yazılı vərəq barəsində heç bir söz demədi. Qarışqa özünü çox tənha hiss etdi. Onun nə qonşuları və nə də KI, yoldaşları qalmışdı, heç belə izləri də qalmamışdı.
Vərəqdə bu sözlər yazılmışdı:
“Əziz qonşu! Kiçik məlumatlardan sonra tələsdiyimizə görə təcili yığışıb getd. Görüşəndə hər şeyi izah edəcəyik. Bu göstərişlərə rjayət et və sən bizi tezliklə tapacaqsan. Sağa dön, yıxılmış şam ağaının yaxınlığında bitən üç dairəvi ağaca çatana qədər gəl. Bizim qarışqa şəhərciyimiz onların dalındadır.
Tezliklə görüşənə qədər”. Qarışqa, əlbəttə ki, bu barədə heç nə bilmirdi.
Onun tənhalıq barəsində fikirləşməyə vaxtı yox idi. Tezliklə gecə düşə bilərdii Onu ailənin sığınacağı yer düşündürür dü.
O, əlini arvadının kürəyinə vurub, bacardığı qədər güm- rahcasına dedi:
– Hər şey qaydasında olacaq!
Qarışq həmişə airləsinin gecələməsi üçün sığınacaq tapar.
Qarışqalarda heç vaxt ruh düşkünlüyü olmur. Hətta uşaqlar üçün sehirli nağıllarda belə həvəsdən düşüb məyus olmurlar.
Qarışqa gecələmək üçün ailəsinə sığınacaq axtarmağa getdi. O, hər kötüyün və hər kolun qabağmda dayanırdı.
Bunlarm hamısı ya nəm, ya ağır, ya da ki, yaşayış üçün çox şoyuq idi.
Gözlənilmədən o, əlvan etiketi olan boş bir dəmir bərni gördü. “Aha”- deyib o sevindi.
– Bax bu əla dəmir tavan və əla cəftəsi olan qapı. Mən uşaqlarım üçün bundan yaxşı ev arzulaya bilmərəm.
Səhər gün çıxanda onun şüaları parlaq dəmir bərninin üstünə düşərək onu daha da paflaq etdi.
Qarışqa öz-özünə dedi: Nə üçün günəş şüaları belə bizim təzə evimizə şüa salmağa sevinir?
– Deməli, dünyada bundan yaxşı yer ola bilməz.
– Bu o deməkdir ki, biz bura xeyirxahlıq üçün məskən salmışıq.
– Yaxında heç kim yox idi Qarışqaya desin ki, tələs, əgər ailənin həyatmı təhlükə qarşısında qoymaq istəmirsənsə.
– Qunduzlar təzə torpaq bəndi tikmişdilər və bulağm suyu bəndin dövrəsindən keçib tezliklə onların yerləşdiyi çəmənliyə çata bilərdi. Elə bu səbəbdən də onun yoldaşları onu və ailəsini gözləmədən tez-tələsik başqa qarışqa təpəciyinə köçməli olmuşdular. Bu barədə əlbəttə ki, Qarışqa heç nə bilmirdi.
– O, xoşbəxt idi və öz evi ilə fəxr edirdi Qapıya hörümçək torundan xalça asmışdı. Şehin damlaları onun üstündə “almaz” kimi işıq saçırdı. Hər kəsə ayrılıqda xırda mamırdan qışda isti olsun deyə yataq düzəltmişdi.
O, baxıb gördü ki, ətrafında hər şey qaydasındadır və qərara aldı ki, yeni mənzilə köçmək münasibəti ilə qonaqlıq düzəltsin. Qarışqa bu barədə elan asdı:

ELAN: Gün ərzində hamı çay içməyə dəvət olunur.
Saat 5-də iynəciklər və pərvanələr dəstəsi uçub onun evinə qonaq gəldilər. Qarışqa onların heç birini tanımırdı. Buna baxmayaraq onların hamısı onun xoşuna gəldi.
Meşə heyvanları və quşları iynəciklərin və pərvanələrin harada olduğunu soruşanda, qarğa onlara dedl:
– Necə yəni harada?
– Onlar təzə evə köçmək münasibətilə girdə dəmir evdədirlər. Yaxşı qulaq assanız, onların nəğməsini eşidərsiniz. Otaqda hər bir əşyanın və hamının öz yeri var.
– Bir qədər keçəndən sonra Qarışqanın qarayanız böyük oğlu gəzmək qərarına gəldi. Qapıya yaxınlaşıb, qapını açanda heyrətindən qışqırdı:
– Kömək edin!
– Ətrafımız sudur!
– Hər yeri su basıb!
– Kömək edin!
KöməK edin! Hər yeri su basıb…” – deyərək iynəciklər və pərvanələr də qışqırışıb, boşqablarında çoxlu ləzzətli yeməkləri qoyub uçub getdilər. Həmişə olduğu kimi bu dəfə də cəsur Qarışqa cəsarətlə təhlükəni qarşıladı. təkcə o vahiməyə düşmədi. Çünki narahat olmağa dəyməzdi. Ona görə ki, onların təzə evi ailəsi ilə birlikdə suyun axını ilə üzü aşağı üzürdü.
Həmişə olduğü Kİmi, yenə də həyat gündəlik qayğı və ağır əməklə dolu idi.
– Hər səhər Qarışqa, həmişə olduğu kimi, tez durub təchizatla məşğul olur, Hərəkət sürətini artıraraq hamını göyərtəyə fitləyirdi.
– Hər hansı bir sahildə lövbər salıb ehtiyat azuqəsi götürüb, sahili tədqiq edib, tanımadığı qarışqalarla söhbət edib onlara qayıqda yaşamağın qəribəliyindən danışırdı.
– Heç sizə çayın sahilində dayanıb uzaqda parıldayan bir şey görmək nəsib olubmu?
– Mehin nəfəsilə uzaqdan gələn mahnıya qulaq asmısı- nızmı?
– “İcazə verin, sizə öz ailəmdən söhbət açım: Gördüyünüz kimi biz çoxuq və qayıqda olduğumuza görə çox xoşbəxtik!
– Biz dənizə üzürük!
– Biz sudayıq!
– Bizim üzgəcimiz olmasma baxmayaraq biz üzmək öyrənirik. ‘
Bu ona görədir Kİ, çox sadəcə:
– Mən dənizçi qarışqayam.
Bax beləyəm mən”.

Be Sociable, Share!

Comments (2)

ÇOX MARAQSIZDIR.

Çox gözəl nağıldır

Write a comment