Dostlar səfərdə nağılı

4

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Tülkü, Qunduz və Qaban bir yerdə səfərə çıxmağı qərara aldılar. Meşələrdə, dağlarda gəzmək, görmədikləri yerləri görmək istəyirdilər. Onlar yığışdılar və yola düşdülər.
Getdilər, getdilər, qarşılarına bir çay çıxdı. Çayın üstündən dar bir körpü keçirdi. Üçü də birdən bu körpüdən keçə bilməzdilər. Birbir keçmək lazım idi.
Qaban Qunduza dedi:
– Sən birinci keç. Yol böyüyündür.
– Düzdür, qoy birinci Qunduz keçsin, – deyə Tülkü razılaşdı.
Qunduz ayağını körpüyə qoydu. Bir-iki addım getmişdi ki, körpünün çürümüş
taxtaları sındı.
Qunduz suya düşdü.
– Ay aman! Fəlakət! – deyə Tülkü qışqırdı. – Qaban, suya atıl, Qunduzu xilas et.
Yoxsa bizim Qunduz batacaq. Tez ol! Tez ol!
– Mən atılardım, – deyə Qaban donquldandı. – Amma su soyuqdur. Qorxuram
xəstələnəm. Bəlkə, sən atılasan?
– Nə danışırsan?! Mən quyruğumu yenicə daramışam.
Bu zaman körpünün altından Qunduzun səsi gəldi:
– Sağ olun. Özüm bir təhər çıxaram.
Qunduz sahilə çıxdı. Tülkü və Qaban sevindilər:
– Nə yaxşı oldu! Gəlin yolumuza davam edək.
Qunduz onlara baxıb dedi:
– Yox, mən getmirəm. Sizinlə yoldaş olan yolda qalar.

Bakı, Altun Kitab, 2009
Mətn – Dilrüba Rzayeva
Redaktor – Rafiq İsmayılov
Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova

Be Sociable, Share!

Comments (4)

yaxwidi

ay malades qunduz amma mənə əyər yoldaşlığa tülkünü versəydilər mən səfərə gedməzdim

Men 3 cu sinif de oxuyuram bura cox gozel saytdi buradan girib imla yaziram

afferin qunduza payini verdin qunduz:)

Write a comment