Dovşanın qulaqları niyə uzundur? nağılı

6

Posted by nagillar | Posted in Nağıllar | Posted on 25-03-2014

Bir dəfə dovşanla qoyun rastlaşırlar və qərara alırlar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun dovşana dedi: – Gəl, özümüzə koma tikək. -Nə deyirəm,tikək də.
Ertəsi günü dovşanla qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdəli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:- Mən bu ağacı kökündən qırıb, yerə yıxaram.
– Qıra bilməzsən.
– İndicə qıraram, görərsən. Qoyun dal-dala qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı. Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar.
Dovşan dedi: – Bu ağacı isə mən qıracağam. Qoyun gülü-gülə dedi:
Bacarmazsan.
– Mən qırım, sən də tamaşa elə. Dovşan dal-dala qaçıb alnını zərbə ilə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.
– Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam. Qoyun dovşanın qulaqlarından tutub dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını o qədər dartı ki, az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.

Be Sociable, Share!

Comments (6)

biri var imis,biri yox imis.2 qiz var imis.bu iki qizdan birinin adi selcan,digeriniz adi ise sibelcan imis.selcan cox gozel bir qiz imis,amma sibelcan ise cirkin imis.bir gun bu iki baci heyete,top oynamaga gedirmis.
selcan top oynayanda,ayagi berk xesaret alir.sibelcan tez onda komek edir.ancaq selcan hec de ona tesekkur etmir.sonra ise selcana deyir:
-hmm ta besdi! el cek ustumden! agilsiz ! niye mene qeseng komek etmedin?!
yaziq sibelcan ne edeceyini bilmedi:
…….
onlar eve getdiler.selcan sibelcana pislik etmek istedi.ver anasina soyledi:
-ana! ana! sibelcan meni berkce yixdi yere!
anasi qezeblenim sibelcani cagirdi yanina:
-aaaz sen gicsen?,menim qizimi yixirsan yere!
anasi sibelcanin uzunden berk bir “tokat atdi!”
1 ay, 2 ay kecenden sonra,selcan heyete cixdi,top oynamaga.amma, bu defe sibelcan ile getmedi,tek getdi. o,top oynayan zaman, agacin berk bir yerine deyib olur.sibelcan selcanin yanina gelib gorende,derinden ah cekib deyir:
-caski sen mene bele davranmayardin:(

əla

Biri var imis biri yox imis bir kendde cox kasib bir qadin ve usaqi y usaqi yasiyirmiii…s bir gun usaq yolda gil cicek toplayandaaa birden qarsisina qoca bir qari cixir qoca qarinin ayaqi surusub yixilir ve usaq ona komek edir. Qari usaqa tesekkur edib deyir: Al qizim bu siyiq kupesini get eve. Amma unutmaki sehirli sozleri demelisen sehirli sozler beledi: bis siyiq bis deyeceksenki siyiq bissin amma yeyib diyandan sonra deyeceksenki bisme siyiq bisme usaq qari dediyi kimi eledi. Bir gun qiz yene meseye getti anasi evde tek qaldi birden ananin ureyi siyiq yemek istedi dedi: bis siyiq bis dedi qadin doyunca siyiqdan yedi sonra istedikiii siyiq daha bismesin amma sehirli sozler yadindan cixdi siyiq dasirdi gettikce. Artiq pencereden cole cixmisdi seher ehalisi bu dehseti gorende cox qorxub sonrada cox teeecublendiler birden qiz eve gedip tez sehirli sozleri oxudu bisme siyiq bisme!!! Ahh ne gozel gun idikii hami bu dadli siyiqdan yeye bilmisdi.

cox maraqlı idi

iki axmaq naglı birinin adı rəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəən

Əladı

Write a comment