İki ayı balası`nın nağılı

6

Posted by nagillar | Posted in Nağıllar | Posted on 22-10-2012

İki ayı balası yağlı, iri bir pendir tapmışdı. Amma heç cür bölə bilmirdilər. Qorxurdular ki, birinə az, o birinə çox düşər.
Bir tülkü onlara yaxınlaşıb dedi:
– Verin mən bölüm!
Onlar pendiri tülküyə verdilər.
Tülkü pendiri bərabər olmayan iki hissəyə böldü. Ayı balaları o saat qışqırdılar:
– Biri o birindən böyükdür!
Tülkü onları sakitləşdirdi:
– Dayanın, bu saat bərabərləşdirəcəyəm.
O böyük hissədən bir parça dişləyib yedi, ancaq bu dəfə həmin hissə o birindən kiçik oldu.
Tülkü pendir tikələrinə baxdı:
– Deyəsən, yenə bərabər deyil!
O yenə böyük pendir tikəsini dişlədi.
Ayı baları bu dəfə narazı qaldılar.
Tülkü hey dişləyir, dişləyirdi. Ayı balaları isə burunlarını gah bu, gah da o biri tikəyə çevirib narazı qalırdılar.
Tülkü doyunca pendirdən yedi. Axırda iki balaca tikə qaldı. O, bu tikələri ayı balalarına verib dedi:
– Alın yeyin, az da olsa, bərabərdir.
Bunu deyən tülkü şələ quyruğunu qaldırıb öz yolu ilə getdi.

İki ayı balası
Bakı, Altun Kitab, 2009
Mətn – Gülşən Orucova
Redaktor – Rafiq İsmayılov
Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova

Be Sociable, Share!

Comments (6)

zəhləm gedir tülküdən

a mne tak fox is very nice, maragli qizdi

MƏN BU NAĞILI 2Cİ SİNİFDƏ OXUMUŞDUM

qasengdir

salam dostlar

gozeldi xosuma geldi

Write a comment