İki gonbulun nağılı

17

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Gonbul begemont qamışlıqda köhnə avtomobil tapdı. O, fili çağırdı:
– Gonbul, bura gəl. Bax gör nə tapmışam.
Fil dedi:
– Nə yaxşı şeydir! Gəl onu çıxardaq. Minib o ki var sürərik.
Bu vaxt haradansa bir dovşan gəlib çıxdı.
– Gün aydın dostlar! Nə tapmısınız? Ooo… avtomobil? Nə yaxşı! Di durmayın, çıxardın onu.
Gonbullar güc verib maşını bataqlıqdan otluğa çıxardılar.
Dovşan isə kənarda durub əmrlər verirdi:
– Hə, qoçaqlar, bir də. Bir, iki üç, bir də. Bərk yapışın, buraxmayın!
Gonbullar maşını yudular, mühərriki yağladılar, təkərlərə hava vurdular. Dovşan isə otluqda uzanıb məsləhətlər verirdi:
– Orası çirkli qaldı, təmizlə! Bax belə! Afərin Bir az hava vur, azca boşdur.
Gonbullar yolu hamarladılar. Kənarlara yol nişanları düzdülər. Dovşan isə elə hey çərənləyirdi:
– Hə, maşın sazdır, yolumuz hazırdır, Nişanlar var. İndi sürmək olar…
Gonbullar işlərini qurtarıb avtomobilə minmək istədilər. Amma… nə pis oldu. Onlardan heç biri avtomobilə sığışmırdı. Axı onlar gonbul idilər.
Dovşanın bəxti gətirdi. O rahatca sükan arxasına keçib qazı basdı. Maşın yerindən götürüldü.
Amma dovşan uzağa gedə bilmədi. Maşın ağaca çırpıldı, əzilib xurd-xəşil oldu. Dovşanın da qolu-qıçı əzildi.
Adamın gombullara yazığı gəlir. Əbəs yerə bu qədər çalışdılar. Maşına da heyfi gəlir. Sınıb dağıldı. Amma dovşana yazığı gəlmir.
Görəsən niyə?

Bakı, Altun Kitab, 2009
Mətn – Dilrüba Rzayeva
Redaktor – Rafiq İsmayılov
Rəssam – Nailə Nadirqızı

Be Sociable, Share!

Comments (17)

berbadddddddddddddddd

zehlem gedir bele ehvalatlardan adamin yaziği gelir

Bu nağıl mənim çox xoşuma gəldi.Dovşana nəyə görə yazığı gəmir? Çünki dovşan gonbullara uzanıb məsləhət verirdi gonbullar işləyirdi dovşan isə yox. Axırda da gonbullar maşına sığmır dovşan sürür…Amma çox uzağa gedə bilmir.Maşını ağaca vurub xurd-xəşil edir…

ayda bele nagil olar men yazdiqlarimin yaninda hecnedi

senin yazdigin gorerik

cox berbaddir

cox gozel gonbul

adamin gombullara yazigi gelir amma dovsana yox cunki dovsan onlara komek etmedi.:(

ele dovsan yaxsi eliyirrr men dovsanin terefindeyem

yazix gonbullarr ozlerini arixladib girsinler dee nie dovsana verirler :)
xexe
onlar ozlerini arixladana kimi dunyaa dagilacaq

pis gonbullar dovsana nie masin gosterdiniz

gonbullarr sizz nie masin tapirsinizz gedinn o yana :) <3 men sexsen dovsanin terefindeyem cunku menimde dovsanim var adi da lili liliiiiiiiiiiiiiiii <3

oyydaaa bilmiremmm hansinin terefinde olumm ikisi de haqlidi gonbullarin yerinde olsam dovsani pisleyerem ancaq dovsanin yerinde olsamm ele eleyerdimmm gonbullara da vermezdimm :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

rufet

murad

tenbel murad

zerife sen yazdiglarinin yaninda hecnedi amma men yazdiglarimin yaninda gesengdir.

Write a comment