Oğlanın əhvalatı nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 28-03-2014

Bir qadının bir oğlu və bir dayçası var idi. Oğlu dayçanı çox sevərdi; o nə vaxt dərsdən qayıdardı, o saat dayçanın yanına gedər, onu oxşayar və öpər, yedirib-içirər, həmişə vaxtını onunla keçirərdi və nə oxumağa, nə də işə diqqət yetirməzdi. Anası fikirləşdi ki, bu uşağı üçün ziyandır.O, savadsız qalacaq və tənbəl olacaq. Buna görə ana istədi necə olursa olsun, oğlunun həmin məşğuliyyətini tərgitdirsin. Bir dəfə ana xəstələndi, həkim çağırdı və ona dedi:
– Mən yalanmışdan xəstələnmişəm və səni ona görə çağırmışam ki, sən mənə dərman kimi dayça əti məsləhət görəsən. Mənim ərimə de ki, əgər o dayçanı kəsib ətini mənə yeməyə verməsə mənim xəstəliyim sağalmayacaq.Həkim elə də etdi və əri dayçanı kəsmək qərarına gəldi.
Oğlan bildi ki, onun dayçasını kəsmək istəyirlər.O dayçanın yanına gedib ağlamağa başladı və ona işlərin nə yerdə olduğunu dedi.Düzdür, dayça insan kimi danışa bilmirdi, amma o, yaxşı başa düşürdü qarşısında nə danışırlar və özü də işarələrlə başa sala bilirdi. O, oğlanı belə başa saldı:
– Sən get dərsə! Onlar mənə kəsməyə aparanda, mən kişnəyərəm, onda sən qaç yanıma və atandan istə ki, o heç olmasa qoysun bir-neçə dəqiqə məni minib gəzməyə. Amma sən mənim üstümdə oturanda möhkəm dur və qamçı ilə mənə elə bərk vur ki, mənim dərimin bir parçası qopsun, sonrası isə artıq mənim işimdir.
Oğlan belə də etdi.Dayçanın üstünə oturanda, ona elə qüvvətlə vurdu ki, dərisinin bir parçası qopdu. O, külək kimi əsdi və oğlanı apardı. Heyrətə gəlmiş ata öz oğlunu yalnız görə bildi.
Oğlan öz dayçasının üstündə xeyli getdi və gəlib çatdı bir meşəyə. Burada onun qulağına hansısa vəhşi heyvanın səsi dəydi. Daha da yaxınlaşdıqda isə görür ki, bir pələng maralı udub, amma onun buynuzu ilişib dişinə və buna görə də pələng qışqırır,az qalıbdır ki, ölə. O saat o, dayçadan düşdü və maralın buynuzunu kəsdi. Onda, pələng maralı uddu və həlak olmaqdan qurtuldu. Pələng oğlana dedi:
– Sən mənə belə yaxşılıq elədin! Bunun əvəzini necə çıxım? Bax, mənim bir balam var, onu verəcəm sənə.O, çətin hadisələrdə səni qoruyacaq.
Oğlan, pələng balasını götürdü və yoluna davam etdi,gəlib başqa bir meşəyə çatdı.Yenə də vəhşi heyvan nəriltisi eşitdi. Yaxınlaşıb gördü ki, şir maral udub,bütün gövdəsi artıq udulub, amma buynuzu xirtdəyindən keçmir, buna görə də şir qışqırır. Oğlan maralın buynuzunu kəsdi, şir öz ovunu uddu və xilas oldu. Şir də pələng kimi, bu xidmətinin əvəzində mükafat olaraq öz balasını ona verdi. O, hər iki vəhşi heyvanı götürdü və yoluna davam etdi.
Nəhayət, o gəlib çatdı bir şəhərə.Şir balası və pələng balası ona dedilər:
– Öz dayçanı ver bizə,biz onu qoruyacağıq, sən özün isə gir şəhərə və özünə iş axtar. Nə vaxt təhlükədə olsan əllərini bir-birinə vur,biz sənə köməyə gələcəyik.
Oğlan öz dayçasını verdi onlara və yollandı şəhərə. O padşahın bağbanının yanına getdi və ona muzdurluq etdi. Bir dəfə bağban tərəvəz səpmək üçün ona yer qazmağı tapşırdı və özü harasa getdi. Gənc əllərini bir-birinə vurdu,vəhşi heyvanlar dayça ilə birlikdə gəldilər,onun göstərişi ilə yeri qazdılar və səpinə hazırladılar. Sonra o, padşah kimi geyindi, mindi öz dayçasına və başladı sürməyə, gəzintidən sonra isə yenə öz bağban paltarını geydi, vəhşi heyvanlarını sığalladı və buraxdı.
Padşahın kiçik qızı bütün bunları gördü. Bu qeyri-adi işlərə təəccüblənən qiz qəribə vəhşi heyvanları özünə tabe etmiş gənc oğlana vuruldu. Qız bacılarının yanına gedib dedi:
– Nə vaxta qədər biz qız qalacağıq? Gəlin atamıza üç yemiş göndərək:lalıxlamış, dəymiş və kal.
Onlar belə də etdilər. Öz qızlarının hədiyyəsini görən padşah-ata, öz vəzirlərini yığdı və onlardan soruşdu: «bu hədiyyələr nə deməkdir?» Onlar izah etdilər ki, lalıxlamış yemiş –böyük qız, dəymiş –ortancıl, kal isə kiçik qızdır ki, onlar bu hədiyyələrlə ona işarə edirlər ki, onların gəncliyi keçir və onların, daha, ərə getmək vaxtlarıdır. Onda padşah əmr elədiki şəhərin bütün cavan oğlanlarını toplasınlar və qizlarını onlara göstərsin.Qızların isə hər birinə bir alma versinlər – kim xoşlarına gəlsə,onu alma ilə vursunlar. Buna görə, qız kimi vurarsa, ona ərə verilmiş olacaq. Bütün gənc adamlar şəhərə yığıldı.Böyük qız öz alması ilə baş vəzirin oğlunu vurdu, ortancıl qız digər bir baş əyanın oğlunu vurdu, kiçik qız isə heç kimi vurmadı.Onda padşah soruşdu, «yoxmu şəhərdə başqa cavan oğlan?»Bu zaman padşah bağbanının muzdurunusaraya gətirdilər.O gəlib kiçik qızın yanından keçəndə,qız öz alması ilə onu vurdu. Padşah öz qızına hirslənib dedi ki, qızın ağlı qaçıb və təzədən seçməyini əmr etdi. Gənc oğlanlar kiçik şahzadənin yanından bir də keçdilər və qız heç kimə diqqət yetirmədi. Amma keçəl muzdur keçən kimi qız o saat almanı atdı ona.
– Qoy belə olsun! –dedi padşah.
Qızlar ərə verildilər. Bağbanın qulluqçusu da öz arvadını götürdü, və bağda özü üçün ayrılmış daxmaya qoydu.
Bir dəfə, padşah xəstələndi və həkim ona maral əti yeməyi məsləhət gördü.Padşahın hər iki sevimli kürəkəni maral dalınca ova yollandı. Bağbanın muzduru, öz arvadını padşahın yanına göndərdi ki,atasından onun üçün at istəsin və o da, digər kürəkənləri kimi getsin ova. Qız ərinin dediyi kimi atasının yanına getdi, amma padşah qəzəblənib qızını öz sarayından qovdu.Pərt olmuş qız ərinin yanına qayıtdı və dedi ki, atası at vermədi. Gənc o saat əllərini bir-birinə vurdu: şir və pələng at ilə birlikdə qaça-qaça oğlanın yanına gəldi. O paltarını dəyişib,öz atına minib vəhşi heyvanları ilə birlikdə ova getdi.Şir və pələngə tapşırdı ki, meşədə və dağda olan bütün heyvanları bir dərəyə qovsunlar, özü isə bu dərənin ağzında durdu. Birdən görür ki,bacanaqları ona tərəf gəlir. Amma bacanaqları ondan onlara diri maral yox, yalnız maral əti satmağı istədilər.Oğlan razı oldu. Amma bacanaqlarına maral əti satmaq üçün maral kəsən vaxt dodağında belə zümzümə etdi:
– Keçsin bütün dadı ayağına və başına!
Bacanaqlar maral ətini ondan satın aldılar və apardılar özləri ilə evə. Ət o saat bişirildi və təqdim edildi xəstə padşaha. Padşah əti yedi, amma ət tamamilə dadsız idi və onun xəstəliyini sağaltmadı. Padşahın kiçik kürəkəni isə evə maralın baş və ayağını gətirmişdi.Arvadı onlardan baş-ayaq bişirdi və apardı atasına. Padşah istədi onun gətirdiyi xörəyi atsın və rədd etsin onun təklifini, amma qızı yalvararaq dedi:
– Mənim xətrimə, bir az ye! Əgər sən bu xörəkdən heç olmasa bir balaca yeməsən,qızın qəlbini qırarsan.
Nə etsin… Padşah baş-ayaqdan bir az yedi və möcüzə – yox oldu padşahın xəstəliyi!
– Yoxmu yenə bu xörəkdən? – deyə padşah soruşur öz qızından.
– Yalnız, bir balaca ərim üçün saxlamışam, –qız cavab verdi.
– Nə olar, gətir onu da! – deyə yalvarır qızına,padşah.
Qız xörəyin qalanını da gətirdi. Padşah yedi və tamamilə sağaldı.
Bir müddət keçəndən sonra padşahın yanına çapar gəlib xəbər verir ki,,qonşu padşah onun üstünə müharibəyə gəlir. Padşah öz ordusunu toplayır və gedir düşməni qarşılamağa. Amma düşmənin gücü daha çox idi və bunu görən, padşah qorxur ki,onlara qalib gələ bilməyəcək.Onlar döyüş meydanına çıxanda padşah görür ki, uzaqdan gözəl və güclü bir atın üstündə cavan bir oğlan çapa-çapa gəlir. Onun yanında isə qorxulu vəhşilər var idi: şir və pələng. Budur, o öz heyvanları ilə rəqib ordusunun üstünə şığıdı, və düşmən ordusunu məğlub etdi.Buna təəccüblənən və sevinən padşah fikirləşir ki: «kim ola bilər bu?». Amma birdən o görür ki,dostu düşmən oxuna tuş gəlib. Padşah tez ona yaxınlaşdı və gördü ki, ox onun qolunu yaralayıb.Öz yaylığını çıxardıb dostunun qolunu sarıdı və öz ordusu ilə qayıtdı evə.
Sabahı gün padşah böyük qonaqlıq düzəltdi, və bütün bütün şəhəri çağırdı. Padşah öz qonaqları arasında gəzdi və gördü ki, qolu sarıqlı cavan oğlan yoxdur.
– Qalmadımı şəhərdə başqa kimsə? –deyə o soruşur.
Bütün şəhəri gəzdilər və padşahın bağında bağbanın nökərini tapdılar və gətirdilər ziyafətə.Qonaqlar yeməkdən əvvəl əllərini yuyanda padşah görür ki, bağbanın köməkçisi bir əli ilə sarğını açdı və yudu qanını. Padşah öz yaylığını tanıdı və bütün camaata dünənki döyüşü nece udduqlarını danışdı,öz qızını seçdiyi ərə görə təriflədi, kürəkənini əzizlədi və mükafatlandırdı və onu öz vəliəhdi təyin etdi.

Be Sociable, Share!

Comments (1)

Əlaaaaa

Write a comment