Qoğalın nağılı

2

Posted by nagillar | Posted in Nağıllar | Posted on 25-03-2014

Biri var idi, biri yox idi. Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə həvəslə xamır yoğurmağa başladı. Xəmirdən qoğal hazırlayıb onu xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu.
Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan da döşəməyə, ordan da qapıya doğru, ordan da eşiyə,

Əhməd və Məleykə`nin nağılı

3

Posted by nagillar | Posted in Nağıllar | Posted on 12-02-2014

Qışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.
Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.
Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara bərəks olaraq uşaqlarının dərslərinə,

Təpəgöz`ün nağılı

8

Posted by nagillar | Posted in Nağıllar | Posted on 12-12-2013

Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi. Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu.

Sarıcanın sərgüzəşti

3

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Bir çillicə toyuq vardı,
Günaşırı yumurtlardı.
Yığdı, yığdı yumurtaları,
Bax, altıya çatdı sayları.

Keçi`nin nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Bir payız günündə kənd camaatı yaylaqdan kəndə köçməyi qərara alır. Elə həmin gün bu üç dost öz sürülərindən xeyli uzaqlaşmışdılar ki, kəndlilərin nə vaxt sürülərlə bərabər yaylaqdan çıxdıqlarından xəbərləri belə olmayıb. Yalnız qayıdanda bunu görən inək ağlamağa başlayır:

Nuşapəri xanımın nağılı

3

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Biri var idi, biri yox idi.Günlərin bir günündə Qəndəharda bir padşahın gözünün ağı-qarası, Nuşapəri adlı bir qızı var idi. Nuşapərinin atası çox əzazil və zalım idi. Camaata qan ağladardı. Başqa padşahlar onun əlindən dad çəkərdi. Bu padşahın bir darğası var idi, darğa da padşahdan geri qalmazdı. Darğa padşahın dediyini üç dəfə artıq

Cəsur qarışqa`nın nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Biri vardı, biri yoxdu, bir qarışqa vardı. Yəqin, siz bilmək istəyirsiniz onun adı nədir və onu qırx oğlu və qızları, əziz qoca anası və sevimli arvadı necə səsləyirlər, onun çox adları var və əlbət-tə Kİ, mən onların hamısmı sadalaya bilmərəm.
O qarışqa barəsində ki, mən söhbət açacağam, çox sadə adı var – Qarışqa.
Dan yeri söküləndə, qarışqalar qarışqa təpəciyində sakitcə yatdıqları vaxt

Qazların duası nağılı

2

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Biri var idi, biri yox idi. Bir zamanlar, bir çayırlıqda bir sürü sahibsiz qaz var idi. Bu qazlar sahibsiz olduqlarına çox sevinirdilər. Onlar buraya uzaq bir adadan uçub gəlmişdilər. Çayırlıqda otdan, böcəkdən yeyib yaxşıca bəslələnib kökəlmişdilər. Qazlar o qədər tənbəlləşmişdilər ki, uçmağı da unutmuşdular. Günlərin bir günü

Sehrli torba nağılı

7

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Səməd kənddə ən nadinc oğlan idi. Birinin toyuq-cücəsinə daş atır, başqa birinin pəncərəsini topla vurub sındırırdı. Qohum-qonşu onun əlindən təngə gəlmişdi. Bir adam yox idi ki, Səmədi tərifləsin, hamı danlayırdı.

Siçan və şirin nağılı

11

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

şir-və-siçanGünlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan-bu yana qaçmağa başladı.
Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı. O, şirə dedi:
- Əgər məni buraxsan, sənə yaxşılığım dəyər.