Saqqallı uşağın nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.
Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.

Buz`un nağılı

3

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Haçı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.

Xoruzla Qızılquş`un nağılı

6

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Qızılquş Xoruzu tənələri ilə lap dilxor etmişdi. O deyirdi: – Ay yaxşılıq bilməyən məhluq! Sənin bu qədər qeydinə qalan adamları heç sevmirsən. Onlar sənin nəslinin artması qeydinə qalırlar, səni yedirdirlər, ən yaxşı toyuğu sənin üçün yoldaş seçirlər. Ancaq adamlar səni bir az tək qoyub gedəndə çəpərlərə dırmaşıb uçmağa çalışırsan, dimdiyini sallayıb gedirsən, banlayırsan, səni böyüdən evə heç dönmək də istəmirsən…. Ancaq mən özümü tamam başqa cür aparıram. Məni öz doğma qayalarımdan ayıraraq ac saxladılar.

Qurd, Tülkü və Şir`in nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Qurd, Tülkü, Şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Onlar Keçi, Maral, bir Dovşan ovlayırlar.

– Ovu sən böl, – deyə Şir Qurda müraciət edir. Ancaq insafla böl.
– Yaxşı, – deyə Qurd razılaşır. – Mən belə məsləhət görürəm ki, Keçini sənə verək. Dovşanı Tülküyə, Maralı da özüm götürüm.
Şir bunu eşitcək hirslənib Qurdu parçalayır.

Kirpi ilə Dovşanın nağılı

0

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Kirpi ilə Dovşan qaçış yarışına çıxırlar. Tərəflər qərara alırlar ki, dağın ətəyinədək qaçsınlar.
Öz ayaqlarının sürətinə güvənən Dovşan bu yarışda tez-tez dincəlir. Ayaqlarını qatlayıb yatır. Kirpi isə asta getdiyini bilib fasiləsiz irəliləyir.

Ağ quş`un nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi. Vəzirin adamları onun alaçığına hücum edəndə işin nə yerdə olduğunu anladı, dedi:
-Binamuslar, yəni siz o qədər qudurmusunuz ki, öz padşahınızın arvadına hücum edirsiniz?

Taxta qılıncın nağılı

5

Posted by nagillar | Posted in Nağıllar | Posted on 07-04-2012

Biri var idi, biri yox idi, bir padşahın bir oğlu, bir də arvadı var idi. Bir gün bu padşah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikarə çıxır. Xeyli ov elədikdən sonra, bir gözəl çəməndə çadır qurub, oturaq edirlər.
Padşahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padşah oğlunu çox istədiyindən, tez-tez onu yoxlar. Yenə də qalxıb oğlunu yoxlamağa gedir. Gəlib çadıra girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq üzrədi. Tez padşah başmağının bir tayını su ilə doldurub, ilanın qabağına qoyur. İlan su içir qayıdır. Padşah oğlunu oyadıb deyir:
– İstəkli oğlum! Bir çörəyim övsanata keçdi, qalx, burada yatmaq məsləhət deyil.

Ağıllı qoca`nın nağılı

5

Posted by nagillar | Posted in Nağıllar | Posted on 02-04-2012

Biri var imiş, biri yox imiş, uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın qoyduğu bu qanundan heç kəs imtina edə bilməzdi.

Göyərçinin nağılı

3

Posted by nagillar | Posted in Nağıllar | Posted on 02-04-2012

Göyərçin və qarışqa Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:

Sehrli şamdanın nağılı

14

Posted by nagillar | Posted in Nağıllar | Posted on 02-04-2012

Biri var idi, biri yox idi, bir padşah var idi. Onun gözləri neçə vaxt idi ki, kor olmuşdu. Nə qədər loğman gəlmişdisə, onu sağalda bilməmişdi. Bir dəfə bir loğman gəldi, padşahın gözlərinə baxıb dedi:
-Padşah sağ olsun, sənin gözlərinin dərmanı var, amma əlçatmaz yerdədir.
Padşah soruşdu:
-Sən yerini de, mən tapdıraram.
Loğman dedi:
-Ağ dəryada bir xallı bulaq var, onun qanı gözlərinə dərmandır.
Loğman sözlərini qurtaran kimi padşah car çəkdirdi, bütün balıqçıları yığdırdı. Ağ dəryanın sahilinə, sonra da oğlunu çağırıb dedi:
-Oğul, bir dəstə adam götür, həmin xallı balıq çıxana kimi nə qədər balıq varsa, hamısını tutdurub tökdür qırağına.