Qoğalın nağılı

8

Posted by nagillar | Posted in Nağıllar | Posted on 25-03-2014

Biri var idi, biri yox idi. Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə həvəslə xamır yoğurmağa başladı. Xəmirdən qoğal hazırlayıb onu xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu.
Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan da döşəməyə, ordan da qapıya doğru, ordan da eşiyə, ordan da otların üstünə, ordan da artırmaya, ordan da həyətə, ordan da darvazaya, ordan da daha uzaqlara dığırlanmağa davam etdi. Yolda qoğal dovşana rast gəldi.
– Qoğal, ay qoğal mən səni yeyəcəm.
– Məni yemə,ay dovşan.Sənə mahnı oxuyaram, – dedi və oxumağa başladı:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Səndən nə var qaçmağa,

deyib dığırlanaraq qaçdı. Qoğal bir az da dığlrlandıqdan sonra yolda canavara rast gəldi.
– Qoğal, ay qoğal mən səni yeyəcəm.
– Məni yemə, canavar qardaş .Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Səndən nə var qaçmağa,

deyib dığırlanaraq qaçdı. Qoğal bir az da dığlrlandıqdan sonra yolda ayıya rast gəldi.
-Qoğal, ay qoğal mən səni yeyəcəm.
– Məni yemə, ayı qardaş. Sənə mahnı oxuyaram,- dedi və oxumağa başladı:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam,
Səndən nə var qaçmağa,
Deyib dığırlanaraq yenə də qaçdı. Qoğal bir az da dığırlandıqdan sonra yolda tülküyə rast gəldi.
– Qoğal, ay qoğal, sən nə qəşəngsən.
Qoğal isə oxumağa başladı.

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam,
Ayıdan da qaçmışam,
Səndən nə var qaçmağa.

Tülkü dedi:
– Nə gözəl mahnıdır bu. Amma, qəşəng qoğalım mənim, mən qocalmışam, pis eşidirəm, sən gəl otur mənim burnuma və mahnını burda oxu ki, yaxşı eşidim.
Qoğal tülkünün burnuna tullandı və mahnısını yenə oxudu.
– Çox sağ ol, qoğal, ela mahnıdır.Yenə də eşitmək istərdim.Sən gəl dilimin üstündə otur və mahnını sonuncu dəfə yenə də oxu mənimçün.
Qoğal elə təzəcə tülkünün dilinin üstünə atlamışdı ki, tülkü – HAM deyib qoğalı yedi.

Be Sociable, Share!

Comments (8)

ela he he he

super uwaqliq nagili

iyi ki varsiniz……………yazin,yaradin,yazin,yazin………

ela.tesekkur

cox faydalidir

Super

Super nağıllardı yaxşıki yazıb yaradırsız

Tewekkurler

Write a comment