Qurd, Tülkü və Şir`in nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Qurd, Tülkü, Şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Onlar Keçi, Maral, bir Dovşan ovlayırlar.

– Ovu sən böl, – deyə Şir Qurda müraciət edir. Ancaq insafla böl.
– Yaxşı, – deyə Qurd razılaşır. – Mən belə məsləhət görürəm ki, Keçini sənə verək. Dovşanı Tülküyə, Maralı da özüm götürüm.
Şir bunu eşitcək hirslənib Qurdu parçalayır.
– İndi sən böl, – deyə Şir Tülküyə müraciət edir. Ancaq insafla böl.
Tülkü deyir :
– Baş üstə. Qoy Keçi səhər yeməyin olsun. Dovşan naharına, Maral isə şamına qalsın.
Şir deyir :
– Bax, bu oldu düz. Sənə belə insafla bölməyi kim öyrədib?
Tülkü deyir :
– Ey mənim hökmdarım, mənə bunu sənin qabağında parçalanıb uzadılmış Qurd qardaşım öyrətmişdir.

Be Sociable, Share!

Comments (1)

xaxaxa gulmeliiiiiiii)))))))))

Write a comment