Şahzadə`nin nağılı

8

Posted by nagillar | Posted in Nağıllar | Posted on 26-03-2014

Biri vardı, biri yoxdu, bir padşah var idi. Onun cürbəcür üzüm növləri olan gözəl bir bağı var idi. Bir dəfə padşah bağda gəzirdi və üzümlərə baxıb fərəhlənirdi. Birdən, o gördü ki, orda-burda tənəklər sındırılıb və üzümlər də xarab edilib. O, bağbanını və öz nökərlərini çağırıb soruşdu: Padşahın bağını xarab etməyə kim cəsarət edib? Onlar hamısı cavab verdilər ki, bu barədə heç nə bilmirlər. Padşahın üç oğlu var idi. O, böyük oğlunu göndərdi bağa qarovula. Amma şahzadə özünü saxlaya bilməyib yatdı. Səhər məlum oldu ki, gözəgörünməz düşmən yenə də bağa girmiş, tənəkləri qırmış, üzümləri də xarab etmişdir. Padşah ortancıl oğlunu göndərdi, amma o da heç nə edə bilmədi. Axırda, qarovula kiçik şahzadə gedir. Səhərə qədər ayıq-sayıq qalmaq üçün, gənc şahzadə barmağını kərtdi və ağrısı daha da çox olsun deyə, yarasının da üstünə duz səpdi.
Şahzadə əlində ox-kaman, oturub səbirlə düşməni gözləyir. Budur görür: nəhəng və əcaib div gəlir. Bağın içi ilə gedir, tənəkləri qırır və üzüm yığır. Şahzadə yayı dartıb oxu buraxdı, amma ox divə dəymədi. Div bağda insan olduğunu hiss edən kimi, qaçmağa başladı, şahzadə isə onun dalınca cumdu.
Onlar xeyli müddət qaçdılar, şəhərdən xeyli uzaqlaşdılar və bir səhraya yetişdilər. Nəhayət, div böyük bir daşa çatıb onu qaldırıb quyuya düşdü və gözdən itdi. Şahzadə evə qayıdıb, uzun kəndir götürdü, qardaşlarını çağırdı və onlarla birlikdə daşın yanına qayıtdı. Qardaşlardan heç biri daşı tərpədə bilmədi, amma kiçik şahzadə bir dəfə əlini vurmaqla onu götürüb kənara atdı. O, kəndiri belinə sarıdı və qardaşlarına göstəriş verdi ki, onu quyuya sallasınlar və gözləsinlər. Qardaşlar şahzadəni quyuya salladılar, orda oturub gözlədilər. Quyu çox dərin idi. Şahzadə quyunun dibinə çatanda kəndiri özündən açdı və başladı irəliləməyə. O, yerin altıyla xeyli getdi. Nəhayət, gördü ki üç gözəl qız taxtda oturub. Şahzadəni görən qızlar ona qışqırdılar:
– Ay bədbəxt! Bura necə gəlmisən? Bu saat div durar, rəhm etmədən səni öldürər.
Şahzadə isə onlara dedi:
– Mən eşitmişəm ki divlər canlarını şüşədə saxlayırlar. Siz mənə göstərin ki, sizin divin həmin şüşəsi hardadı, mən isə onu öldürüm və sizi də azad edim.
Hamısından ən gözəl olan gənc qız, şahzadəyə istədiyi şüşəni göstərdi və yenə qaçdı öz yerinə. Şahzadə divin canı olan şüşəni götürdü. Div hiss eləyəndə ki,onun canı düşmənin –Adəm evladının əlindədir həmin dəqiqə nərə çəkdi və çıxdı döyüşə. O, şahzadənin üstünə atılıb onu parçalamaq istədi. Amma şahzadə şüşəni daşa çırpdı və nəhəng yıxılıb öldü. Bu işdən şad olan qızlar şahzadəni əhatəyə alıb, qalib gəldiyinə görə onu təbrik etdilər və azad olduqlarına görə minnətdarlıq etdilər. O, qızların hamısını düşdüyü yerdəki kəndirin yanına gətirdi Əvvəlcə kəndiri yaşca ən böyük qıza sarıyıb qardaşlarına qışqırdı ki dartsınlar. Qardaşlar boyül qızı dartıb çıxardılar. Sonra ikinci qız çıxarıldı.Növbə kiçik qıza çatanda, qiz dedi:
– Mən o biri qızlardan qəşəngəm. Əgər, sənin qardaşların məni görərlərsə, onda, səni burdan çıxarmazlar və sən quyunun dibində həlak olarsan. Qoy əvvəl səni çıxarsınlar, sonra isə məni.
Şahzadə cavab verdi ki:
– Yox! Birinci sən çıx, sonra isə mən çıxaram. Qardaşlarım məni burda qoymazlar!
Qız dedi:
–Yaxşı, amma yadında möhkəm saxla, əgər onlar səni çıxarmasalar, onda bu tərəfə get – əvvəlcə iki qoyunla rastlaşacaqsan, biri qara, biri ağ. Əgər sən ağ qoyunun belinə otura bilsən, o səni işıqlı dünyaya atacaq, əgər çaşıb qara qoyunun belinə otursan, o səni qaranlıq dünyaya atacaq. Qara qoyundan qaç və yalnız ağ qoyunun belinə min, onda, tezliklə bizə qovuşarsan.
Bundan sonra qızı quyudan çıxardılar.Növbə şahzadəyə çatanda, qardaşları onu quyunun ağzına azca qalana qədər qaldırıb, birdən kəndiri kəsdilər və bədbəxt şahzadə quyunun dibinə yuvarlandı. Özləri isə qızları evə apardılar və atalarına dedilər ki, guya, onların kiçik qardaşları quyuya birinci düşüb və divlə davada həlak olub. Bundan sonra isə özləri quyuya düşmüş, divi öldürmüş, həmin qızları azad etmiş və evə gətirmişlər. Padşah da kiçik oğlu haqqında böyük qardaşların danışdıqlarına inandı.
Kiçik şahzadə isə quyunun dibində özünə gəldikdən sonra durub, gözəl qızın göstərdiyi tərəfə getdi. O, orada qara və ağ qoyunu tapdı və istədi ağ qoyunun belinə minsin amma qara qoyun onu çaşdırdı və o, qara qoyunun belinə sıçrayaraq qaranlıq dünyaya düşdü. Həmin dünyada xeyli gəzib-dolaşdı. Nəhayət, gördü ki, bir qız əlində yemək aparır. O, qızdan soruşdu:
– Bu nədir?
Qız cavab verdi:
– Bu plovdur.
– Hara aparırsan onu?
– Orada bir əjdaha var. O, çayın başında oturub,bizə su vermir. Mən bu plovu ona aparıram. Əjdaha plovu yeyən vaxt, mən səhəngimi doldurub evə gətirəcəm. Bizdə hamı hər gün belə edir.
O, plovu qızın əlindən alıb yeyəndən sonra əjdahanın yanına getdi və onu öldürüb suyu buraxdı. Bunu görən qız əllərini əjdahanın qanına boyayıb şahzadənin kürəyinə basdı. Bundan bir neçə adam xəbərdar olub o yerin padşahına yanina gedib dediler ki, guya, onlar əjdahanı öldürüb,camaatının canını qurtarıblar.
Bundan sonra şahzadə yoluna davam etdi və qollu-budaqlı böyük bir ağac gördü. O, dincəlmək üçün ağacın kölgəsində yatanda yuvada olan quş balaları, elə haray-həşir saldılar ki, şahzadə diksinib yuxudan ayıldı. O gördü ki uzun və əcaib bir ilan quş balalarını yemək üçün ağaca dırmaşır. Onlar isə vahiməyə düşüb hay-küy salırlar. O, ilanı öldürüb qayıtdı öz yerinə və yenə yatdı. Şahzadə yatan zaman, yuvaya böyük bir quş – quşcuğazların anası qondu. Şahzadəni görən kimi: «deməli, budur hər gün balalarımı bir-bir yeyən düşmən!» deyə, fikirləşib şahzadənin üstünə şığıdı. İstədi ki qanadı ilə onu vursun, ama balaları yuvadan qışqırdılar:
– Anaaa, ona dəymə! O, bizim düşmənimizi – ilanı öldürdü və bizi xilas etdi!
Onda, quş böyük qanadlarını şahzadənin başının üstündə geniş açdı və onu günəş şüasından mühafizə etdi. Şahzadə yuxudan doydu və ayağa qalxanda, quş ondan soruşdu ki balalarını ilandan xilas etməsinin əvəzində nə istəyir? Şahzadə isə heç nə istəmədi, bircə, xahiş etdi ki onu işıqlı dünyaya çıxarsın. Quş şahzadəyə göstəriş verdi ki, bir qoyun və bir bardaq süd gətirsin. Şahzadə o yerin padşahının yanına yollandı və bildirdi ki o, əjdahanı öldürüb və onun camatına su verib. Padşah ona inanmadı. Onda, şahzadə dedi ki bunu filan qız görüb. Qız isə şahzadənin sözünü təsdiq etdi. Onda, padşah qıza sual verdi ki bunu necə sübut edə bilər? Qız şahzadənin kürəyindəki qanlı işarəni göstərib dedi ki bunu öz əli ilə vurmuşdur. Hamı inandı və soruşdular ki öz zəhmətinin müqabilində nə istəyir? «Bir qoyundan və bir bardaq süddən başqa heç nə!» deyə, şahzadə cavab verdi. Həmin saat tələb olunan şeyləri ona verdilər. O, qoyunu kəsdi, ətinin və bir bardaq südün hamısını gətirdi quşun qabağına. Quş ona dedi ki, nə vaxt «qağ» deyə, qışqırarsa, onda, ona bir tikə ət verməlidir, «çağ» deyə, qışqıranda isə süd. Şahzadə əti və südü götürüb quşun belində oturdu. Quş öz yükünü qaldırdı yuxarı və yuxarıda öz «qağ» və «çağ» larını qışqıranda şahzadə ona ət və süd verdi. Onlar artıq xeyli yüksəyə qalxıb, işıqlı dünyaya çatmağa azca qalan zaman isə ət qurtardı. Amma quş qışqırdı «qağ!». Nə etməli? Şahzadə belə etdi: bıçağını çıxarıb öz ayağından bir tikə ət kəsdi və verdi quşa. Quş o saat başa düşdü ki bu, insan ətidir və onu udmayıb dilinin altında saxladı. O, son gücünü toplayıb işıqlı dünyaya çıxdı. Quş şahzadəni yerə qoydu və ona təklif etdi ki, ayağa durub getsin. Amma şahzadə ağrısını quşdan gizlətmək üçün, guya, yorulub və dincəlməlidir deyib getməkdən imtina etdi. Quş dayanıb xeyli gözlədi. Şahzadə isə ayağa duran kimi o saat yıxıldı, səhhəti hərəkət etməyə imkan vermədi. Quş dilinin altından əti çıxardıb onu şahzadənin yarasına qoydu və öz qanadları ilə bunu sıxdı. Bundan sonra şahzadənin ayağı tamamilə sağaldı.
Şahzadə ayağa durdu və öz ölkəsini axtarmağa getdi. Xeyli axtardıqdan sonra nəhayət öz vətənini tapdı.Atasının yanına getdi və öz qardaşlarının etdiklərini ona danışdı. Ata –padşah, öz böyük oğlanlarını çağırıb onları edam etdirdi. Kiçik oğlunu isə vəliəhd təyin etdi və onu kiçik qızla evləndirdi.

Be Sociable, Share!

Comments (8)

super

Bu iranli bir nagildir ve cok guzeldir ben sevdim

super

harika,cok guzel bi hikaye

eladi

Cox saq olun. Men coxdan bu naqillari axtarirdim ushaqlarima oxuyum.

Zorda aaaaaaaaaaaaaaaaaa

ela

Write a comment