Sarıcanın sərgüzəşti

3

Posted by nagillar | Posted in Nağıllar | Posted on 19-10-2013

Bir çillicə toyuq vardı,
Günaşırı yumurtlardı.
Yığdı, yığdı yumurtaları,
Bax, altıya çatdı sayları.

Qanadları xallı toyuq,
Boynu qəşəng şallı toyuq,
Düşdü cücə həvəsinə,
Çıxmaz oldu girib hinə.

Düz iyirmi bir gün ötdü,
Vaxt yetişdi, vədə bitdi.
Çat-çat oldu yumurtalar,
Çıxdılar körpə balalar.

Günəş baxıb gülümsəyir,
Göydən yerə nur çiləyir.
Cücələr dənləyirlər,
Qorxusuzca şənlənirlər.

Kürt toyuqsa qorxudadır:
“Bəlkə düşmən pusqudadır?!”
Toyuq yığdı cücələri,
Öyrətdi görün nələri:

– Düşmənidir cücələrin
Birincisi – pişik, bilin!
Qəfıl çıxar sağdan-soldan,
Bax, qorunun siçovuldan.

Qaçın, görsəz bəri başdan
Ley adlı yırtıcı quşdan.
Cücələr diqqətlə qulaq asıb
Dinlədilər yaxın gəlib.

Içlərindən bircə cücə
Heç nəyi almadı vecə.
Anaya qulaq vermədi,
Düşməni kimdi, bilmədi.

Bu baha oturdu ona,
Az qalmışdı tələf ola.
Bir gün Məstan həddi aşdı,
Cücəyə lap yaxınlaşdı.

İstədi cücəni tutsun,
“Happ” eləyib onu udsun.
“Balamı pişik apardı!”
– Kürt toyuq fəryad qopardı.
Qaçıb balasını aldı,
Qanadının altda saldı.

Oynamağa getməsəydi
Anaya qulaq versəydi
Düşməni kimdi bilərdi
Pişiyi gendən görərdi

Quyruğu da yonulmazdı
Gözəlliyi pozulmazdı
Məyus olub ağlamazdı
Ona hələ bu da azdı!

Be Sociable, Share!

Comments (3)

nddddhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

cccccccccoooooooooooooxxxxxxxxxxxxxx gggggggggggooooooooooozzzzzzzzzzzzzzzzzzzzzzzzzzeeeeeeeeeeeeeeeeeeellllllllllllllllllllllllll

ÇOX GÖZƏLDİR.

Write a comment