Siçan və şirin nağılı

13

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

şir-və-siçanGünlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan-bu yana qaçmağa başladı.
Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı. O, şirə dedi:
– Əgər məni buraxsan, sənə yaxşılığım dəyər.
Şir siçanın bu sözlərinə güldü, ancaq ona dəymədi.
Bir gün şir tələyə düşdü. O nə qədər çalışsa da, torun möhkəm iplərini qıra bilmədi.
Acıqlanmış şir var gücü ilə nərildəyirdi.
Şirin nəriltisini eşidən siçan özünü ona yetirdi. Torun kəndirlərini gəmirməyə başladı.
Nəhayət, şir canını tordan qurtardı. O, siçana dedi:
– O vaxt mən sənin sözlərinə güldüm. Ancaq, sən demə, siçanın da şirə yaxşılığı dəyərmiş.

Bakı, Altun Kitab, 2009
Mətn – Lev Tolstoy
Tərcümə – Rafiq İsmayılov
Rəssam – Emin Qəhrəmanov

Be Sociable, Share!

Comments (13)

maraqliydi

eeeeeelllllllllllllllllllaaaaaaaa ssssssuuuuuuuuuuuuppppppppppppeeeeeeeeeeeeeeerrrrrrrrrrrrr

qisa olsada cox maraqlidir/ cok xosuma geldi eladi men 5ci sifde olarken bu nagillaa oxsar nagillar vardi indi heyis altida oxuyuram bele nagillar kitabda oxdu hamisi gic gic nagillar veriller hayif deyil bele nagillara

duz deyirsen bizimde sinif de bele gic gic nagillar verirdiler maraqsiz di hamisi

heyif deyil?

MARAQLI NAGILDI

MARAQLI NAGILDI , AMMA OYRENE BILMIREM

AYSUN

zehlem gedir cungi oxuya bilmirem

men 4-cu sinifde herfliyirem ancaq basa dusmurem

oktay 4-cu siniaf6de herflyir+em ancaq BASA DUSMIREM

cox darin menali nagildir

Cox derin menali nagildir

Write a comment