Turpun nağılı

2

Posted by nagillar | Posted in Nağıllar | Posted on 25-03-2014

Biri var idi, biri yox idi. Bir gün Baba bir turp əkdi və dedi:
– Böyü, böyü, turpum, şəkər ol, möhkəm ol!
Günlər keçdi, Babanın turpu böyüyüb çox böyük bir turp oldu.
Baba turpu çıxarmağa gəldi, dartdı-dartdı, çıxara bilmədi.
Baba nənəni köməyə çağırdı, nənə babanı, baba turpu dartdılar-dartdılar, çıxara bilmədilər.
Nənə nəvəni köməyə çağırdı, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar-dartdılar, çıxara bilmədilər.
Nəvə Toplanı köməyə çağırdı,Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, dartdılar, çıxara bilmədilər.
Toplan Məstanı köməyə çağırdı, Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar-dartdılar, çıxara bilmədilər.
Məstan siçanı köməyə çağırdı,siçan Məstanı, Məstan Toplanı, Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar-dartdılar və çıxardılar.

Be Sociable, Share!

Comments (2)

Bu sehvede çox maraqli bir birindən gözəl nağıllar var

Zorda

Write a comment