Xoruz və Padşahın nağılı

2

Posted by nagillar | Posted in Nağıllar | Posted on 25-03-2014

Biri var imiş, biri yox imiş. Bir də bir xoruz var imiş.
Bir gün xoruz peyinlikdə eşələnib özünə yem arayanda bir qara pul tapdı, şad olub başladı oxumağa:
– Quqquluqu! Bircə şahı tapmışam! Padşah xoruzun səsini eşidib buyurdu ki, gedib onun pulunu əlindən alsınlar. Şahını xoruzun əlindən alandan sonra xoruz başladı oxumağa:
– Quqquluqu! Padşah mənə möhtac imiş! Padşah buyurdu ki, xoruzun şahısını aparıb özünə versinler.
– Quqquluqu! Padşah da məndən qorxar imiş!
… Padşah bunu eşidəndə xoruza hirslənib buyurdu ki, onu tutub öldürsünlər. Xoruzun başını kəsəndə oxudu:
– Quqquluqu! Nə iti bıçaq imiş!
Xoruzun başını kəsincə onu soxdular qaynar suya ki, tükünü yolsunlar. Qaynar qazanın içində xoruz oxudu:
– Quqquluqu! Ne isti hamam imiş!
Xoruzu qazanın içindən çıxarıb tükünü yoldular və bişirib qoydular plovun üstünə. Burada xoruz oxudu:
– Quqquluqu! Nə ağca təpə imiş!
Plovu gətirdilər padşahın qarşısna. Padşah plovu yeyəndə xoruz onun boğazında yenə oxudu:
– Quqquluqu! Ne darca küçə imiş!
Ondan sonra xoruz getdi qaranlıq yerə, orada nə qədər oxudusa da səsini eşidən olmadı.

Be Sociable, Share!

Comments (2)

Gulmelidi

gulmelidi amma bunun ardi yoxdu

Write a comment