Xoruzla Qızılquş`un nağılı

6

Posted by nagillar | Posted in Nağıllar | Posted on 18-10-2012

Qızılquş Xoruzu tənələri ilə lap dilxor etmişdi. O deyirdi: – Ay yaxşılıq bilməyən məhluq! Sənin bu qədər qeydinə qalan adamları heç sevmirsən. Onlar sənin nəslinin artması qeydinə qalırlar, səni yedirdirlər, ən yaxşı toyuğu sənin üçün yoldaş seçirlər. Ancaq adamlar səni bir az tək qoyub gedəndə çəpərlərə dırmaşıb uçmağa çalışırsan, dimdiyini sallayıb gedirsən, banlayırsan, səni böyüdən evə heç dönmək də istəmirsən…. Ancaq mən özümü tamam başqa cür aparıram. Məni öz doğma qayalarımdan ayıraraq ac saxladılar. Yalnız bir neçə vaxtdan sonra mən onlara öyrənəndə onlar məni buraxdılar. Mən tək uçuram, ovlarda iştirak edirəm, onlar üçün başqa quşları ovlayıram. İstəsəm mən heç adamların yanına qayıtmaya da bilərəm.
Xoruz cavab verib deyir:
-Sən məsələnin əsl mənasını başa düşmürsən. Əgər sən heç olmazsa bir tikə qızarmış şahin əti görsəydin, yəqin ki, heç olmazsa bircə dəfə uçmağa imkanın olsaydı, geri dönməzdin.

Be Sociable, Share!

Comments (6)

BELƏDA

PİS DEYİL AMMA ƏLADA DEYİL.

cox maaqlidir

maraqlidir ancaq ela deyil(((

Cox maraqsizdi

BU NAĞIL O BİRİLƏRİNƏ BAXANDA HEÇ NƏDİ. YƏNİ ÇOX MARAQSIZDIR

Write a comment